28 fevral 2014 17:00
Aqil Məmmədov: Hesab məni qane etsə də, oyundan narazı qaldım
TPL-in “Bakı” və “Sumqayıt” arasında keçirilmiş 24-cü tur oyunundan (0:0) sonra “Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov oyun haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Məmmədov bunları söyləyib:
“Oyunun çox çətin olacağını bilirdik. “Bakı” çətin rəqibdir. Hesab məni qane etsə də, oyundan narazı qaldım. Ötən tur “Neftçi”yə qarşı göstərdiyimiz oyunu bu gün oynaya bilmədik”.
(PFL)
