28 fevral 2014 16:38
Milinko Pantiç: İlk hissədə Bakını sadəcə tanımadım
TPL-in “Bakı” və “Sumqayıt” arasında keçirilmiş 24-cü tur oyunundan (0:0) sonra “Bakı”nın baş məşqçisi Milinko Pantiç oyun haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Pantiç bunları söyləyib:
“Bugünkü oyunun nəticəsi ədalətlidir. İlk hissədə komandamı sadəcə olaraq, tanımadım. İkinci hissədə komanda oyununu dəyişdi. Ancaq ümumilikdə futbolçularımdan narazıyam. Onlar rəqibə düzgün köklənmədilər. Axı mən “Sumqayıt”a qarşı köklənməyi ilk gündən demişdim. Biz rəqibi qiymətləndirmədik və iki xal itirdik”.
