28 fevral 2014 15:22
Berti Foqts: Ötən tur Neftçini məğlub etmiş komandadan daha çox şey gözləyirdim
Millimizin baş məşqçisi Berti Foqts TPL-in 24-cü turu çərçivəsində keçirilən “Bakı” - “Sumqayıt” oyununun birinci hissəsi və milli komanda haqda fikirlərini azaerisport.az müxbiri ilə söhbətində açıqlayıb:
“Komandaların ilk hissədəki oyunundan narazıyam. Ötən tur medallar uğrunda mübarizə aparan “Neftçi”ni məğlub etmiş komandadan daha çox şey gözləyirdim.
Yığma barədə danışmayacağam. Dubayda mətbuat konfransı keçiriləcək. Burada jurnalistləri maraqlandıran bütün suallara cavab verəcəyəm. Heyətə gəlincə, mənə gərəkli bütün oyunçuları artıq çağırmışam”.
