28 fevral 2014 15:11
Ruslan Abışov: Rubin növbəti mərhələyə daha çox layıq idi
Millimizin və “Rubin”in müdafiəçisi Ruslan Abışov azerisport.az saytına açıqlamasında komandasının Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində “Betis”ə qarşı keçirdiyi cavab oyunu (0:2) barədə fikirlərini bildirib:
“Betis”ə qarşı oyuna yaxşı hazırlaşmışdıq. İspaniyadakı heç-heçədən sonra evdə qələbə qazanmağa borclu idik. Oyunda keçirdiyim 15-20 dəqiqədə komandama bacardığım kimi kömək etməyə çalışdım. Nəticədən narazıyam. Hesab edirəm ki, növbəti mərhələyə çıxmağa daha çox biz layiq idik. Bizə ancaq premyer-liqanın ikinci dövrəsinə hazırlaşmaq qalır. Burada biz mütləq yaxşı çıxış etməliyik”.
