28 fevral 2014 14:33
Aleksandr Şoliç: Azərbaycanla oyunda xal itkisi Xorvatiya üçün faciəyə bərabər olacaq
"Bakı"nın futbolçusu Aleksandr Şoliç azerisport.az saytına müsahibəsində Avro-2016-nın püşkatmasının nəticələrini dəyərləndirib və Azərbaycan yığmasının şansları barədə danışıb:
- Avro-2016-nın püşkü atıldı. Xorvatiya üçün püşkü necə dəyərləndirirsən?
- Normal püşkdür. İtaliya və Xorvatiya qrupun favoritləridir. Aşkar autsayder yoxdur. Bolqarıstan, Norveç zəif rəqib deyil. Xüsusilə Bolqarıstan son zamanlar yaxşı təsir bağışlayır. Azərbaycan millisi son seçmə mərhələdə inkişafda olduğunu göstərdi. Maltanı da siyahıdan silmək olmaz. Avropada zəif komanda yoxdur. Futbolu hamı oynayır.
- Azərbaycanın qrupdakı şanslarını necə qiymətləndirirsən?
- Berti Foqtsun rəhbərliyi altında son seçmə mərhələni yaxşı keçirdiniz. Ən əsası son oyunları güclü komandalardan xal aldınız. Azərbaycan 3-cü yer uğrunda mübarizə apara bilər. Əlbəttə, mənim istəyim odur ki, Xorvatiya qrupda birinci, Azərbaycan ikinci yeri tutsun. Amma indiki reallıqda bu, mümkün deyil. Futbolun səviyyəsi İtaliyada yüksəkdir. Onlarla hesablaşmağa məcburuq.
- Reallıqda götürsək, Azərbaycan hansı yer uğrunda yarışa bilər?
- Xorvatiya 1-ci yer uğrunda yarışacaq. İtaliya da ilk pillələrdən birini tutmağa iddialıdır. Azərbaycan üçün 3-cü yer həm böyük hədəf, həm də yaxşı nəticə olacaq. Bolqarıstan, Norveç də bu yerlərə iddialıdır. Onlar komandanızı asan buraxmayacaq.
- Yəqin ki, Xorvatiyanı hər iki görüşdə yalnız qələbə razı sala bilər...
- Azərbaycan mənim ikinci Vətənimdir. Uzun illərdir burada yaşayıram və oynayıram. Sizin uğur qazanmağınızı arzulayıram. Amma siz düz qeyd etdiniz. Xorvatiya Azərbaycanla görüşdə 6 qazanmalıdır. Xorvatiyada hər iki görüşdə yalnız qələbə haqda düşünəcəklər.
- Son illər Xorvatiyada çoxlu sayda gənc futbolçular üzə çıxıb...
- Xorvatiyada futbol inkişafdadır. Ulduz futbolçular “Real” kimi komandalarda oynayır. Mancukiçin adını söyləmək bəs edir. Liderlərlə çox yaxşı oynayırıq. Ortabab komandalara qarşı səhvlərimiz olur. Millidə çoxlu sayda təcrübəli futbolçular var. Avropanın aparıcı çempionatlarında çıxış edirlər. Bu heyət Avro-2016-ya vəsiqə qazanacaq.
- Azərbaycan hansı halda Xorvatiyadan xal ala bilər?
- Xorvatiya ortabab komandalara qarşı arxayın oynayır. Bu mənada, siz onların səhvindən istifadə edə bilərsiniz. Xorvatiya xal itirsə, onlar üçün faciə olacaq. Çünki, onlar Azərbaycanla görüşdə asan qələbə qazanacaqlarını düşünürlər.
- 3 il əvvəl Zaqreb “Dinamo”su “Neftçi”ni asanlıqla mübarizədən kənarlaşdırdı...
- “Dinamo” Xorvatiyanın köklü və güclü klublarındandır. Sadəcə, klubla millini müqayisə etmək olmaz. Bakıda Xorvatiya və İtaliya üçün çətin olacaq. Azərbaycan hər zaman iddialı komandalara qarşı yaxşı toparlanır. Futbolçular meydanda əzmkar mübarizə aparır. Ona görə Bakıda heç kim asanlıqla 3 xal qazanmayacaq.
- Bəzi mütəxəssislər Azərbaycan yığmasını autsayder hesab edir...
- Mən deməzdim. Azərbaycan yığması gücünü göstərəcək. Artıq pley-off uğrunda oynamaq vaxtıdır. Siz öz gücünüzə inanmalısınız. Səfər oyunlarında xal qazanmaq çətin olur. Lakin ev oyunlarında sözünüzü deməlisiniz. İddialı komandalar qrupda sizinlə hesablaşmalı olacaq.