28 fevral 2014 14:14
Joze Alesio: Mən Arazdan qovulmaqdan qorxmuram
“Araz”ın və futzal millimizin baş məşqçisi Joze Alesio azerisport.az saytına açıqlamasında komandasının Bakıda keçiriləcək UEFA Kubokunun Dördlər finalında uğursuz çıxışı təqdirində özünün mümkün istefası haqda danışıb:
“Millinin ardınca “Araz”ın uğursuz çıxışı təqdirində məni qovacaqlarmı? Əgər nəticə yoxdursa, əlbəttə ki, dərhal məşqçi günahkardır. Mən bundan qorxmuram. Məşqçi ətrafında mümkün variantlar həmişə olub. “Araz” və yığmanın çıxışına mane olmayaq. Bunlar fərqli komandalar və yarışlardır. Onda gəlin yada salaq ki, mənim rəhbərliyim altında “Araz” son dörd il ərzində iki dəfə Dördlər Finalına çıxıb. Bunlardan birincisində Avropada üçüncü olub. Mən “Araz”a gələndə, klub 30-cu idi. İndi isə beşlikdədir. Nə qədər ki, bu vəzifələrdəyəm, özümü sübut edib nəticə qazanmağa çalışacağam”.
