28 fevral 2014 13:11
Eddi İsrafilov: Qələbə ilk dördlüyə yaxınlaşmağa kömək edəcək
“Real Mursiya”nın azərbaycanlı futbolçusu Eddi İsrafilov komandasının İspaniya Sequndasının 28-ci turu çərçivəsində “Numansiya”ya qarşı keçirəcəyi oyun barədə fikirlərini İspaniya KİV-nə bildirib. Azerisport.az xəbər verir ki, İsrafilov bunları söyləyib:
“Bu, çox çətin və gərgin səfər olacaq. Biz qələbə uğrunda mübarizə aparmalıyıq. Çünki, qələbə ilk dördlüyə yaxınlaşmağa kömək edəcək və biz “Numansiya”nı geridə qoya bilərik. Ümumilikdə, bu komandaya qarşı oyunlar həmişə çıtin olur”.
