27 fevral 2014 00:11
Niko Kovaç: Azərbaycan ən böyük sirdir
Xorvatiya yığmasının baş məşqçisi Niko Kovaç AÇ-2016-nın təsnifat mərhələsi çərçivəsində komandasına qarşı Bolqarıstan, Norveç və Azərbaycan yığmalarının ikincilik uğrunda mübarizə apara biləcəyi haqda fikrə münasibət bildirib. Azerisport.az xəbər verir ki, Kovaç Bolqarıstan KİV-nə bunları söyləyib:
“Yəqin ki, Bolqarıstanda birinci pillədə olmaq istəyində olarlar (gülür). Eyni ilə bizdəki kimi. Mən bütün rəqiblər hörmət edirəm. Qrupumuz bərabərdir. Gücünə görə demək olar ki, bütün rəqiblər bərabərdir. Azərbaycan ən böyük sirdir. Son vaxtlar Avropanın bu hissəsindən komandalar yaman güclü olur. Düşünürəm ki, Azərbaycan üçüncü yer uğrunda mübarizə apara bilər. Ancaq ehtimal edirəm ki, bu pillə uğrunda Bolqarıstan və Norveç mübarizə aparacaq”.
