27 fevral 2014 12:11
Xaqani Məmmədov: Rəvanın qapısına üç penalti təyin etmək lazım idi
AFFA hakimlər komitəsinin rəhbəri Xaqani Məmmədov azerisport.az saytına açıqlamasında “Rəvan”ın baş məşqçisi Güvənc Kurtarın TPL-in 23-cü turunda “Qəbələ”yə qarşı səfər oyununda (0:0) komandasının qapıçısı Lukaş Sapelanı meydandan qovmamalı və “radarlar”ın qapısına penalti təyin etməli olduğu haqda fikrinə öz münasibətini bildirib:
“Rəvan”ın qapısına təyin edilmiş hər iki penalti düzgün idi. Bundan başqa, birinci vəziyyətdə hakim futbolçunu meydandan qova bilərdi ki, bunu etmədi. Həmçinin, birinci hissənin sonunda “Rəvan” daha bir penalti ilə cəzalana bilərdi. Cərimə meydanında qayda pozuntusu vardı.
Sapelanın meydandan qovulması? Əgər qapıçı biədəb jest göstərməyibsə, Kurtarın iddia etdiyi kimi, sadəcə, öz gücünü göstərirdisə, nə çün o, hər şeyi hakimə özü izah etmədi?”.
