27 fevral 2014 00:05
Azərbaycanın maliyyə dəstəyi Atletikoya Suaresi əldə etməyə kömək edə bilər
Madridin “Atletiko” klubu “Liverpul”un hücumçusu Luis Suares və “Botafoqo”nun müdafiəçisi Mateus Doriyanı sıralarına qatmaq niyyətindədir. Azerisport.az Braziliya KİV-nə istinadən xəbər verir ki, bu barədə növbəti məlumat yayılıb:
“Komandanın sponsorunu nəzərə alsaq, bu transferlərdə “döşəkçilərə” Azərbaycandan maliyyə dəstəyi kömək ola bilər. Bununla belə, Luares Madrid klubu üçün vacib məsələ deyil. “Atletiko”nun maraq dairəsində Alberto Moreno və İvan Rakitiç (hər ikisi “Sevilya”), Aksel Vitsel (“Zenit”) və Matye Valbuena (“Olimpik Marsel”) var”.
