27 fevral 2014 12:05
Aqil Məmmədov: Neftçinin ardınca, Bakını da udmaq istəyirik
“Sumqayıt”ın baş məşqçisi Aqil Məmmədov azerisport.az saytına açıqlamasında TPL-in 24-cü turunda “Bakı”ya qarşı keçiriləcək oyuna ümidləri haqda danışıb:
Komandamızda yaxşı ab-hava var. Təəssüf ki, oyunqabağı liderimiz Samir Abbasovu itirdik. “Bakı”ya qarşı onsuz oynamalı olacağıq. Komandanın qarşısında qələbə qazanmaq tapşırığı qoyulub. Ötən tur “Neftçi” üzərində qələbənin (2:0) təsadüfü olmadığını sübut etmək istəyirik. “Neftçi”nin ardınca, “Bakı”nı da udmaq istəyirik”.
