27 fevral 2014 11:33

Rauf Əliyev: AÇ-2016-nın təsnifat mərhələsinin ev oyunlarında xallar yığmaq əsas şərt olacaq

Millimizin və “Bakı”nın hücumçusu Rauf Əliyev azerisort.az saytına müsahibəsində AÇ-2016-nın təsnifat mərhələsinin püşkatmasının nəticələri, həmçinin, TPL-in 24-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçiriləcək oyun barədə fikirlərini bildirib:
- Püşkün iradəsi ilə komandamız İtaliya, Xorvatiya, Norveç, Bolqarıstan, Malta ilə bir qrupa düşüb. Nəticə sizi qane edir?
- Çətin qrupdur. Bu, yalnız mənim fikrim deyil. Etiraf edim ki, rəqiblər gözlənilməzdir. Daha asan qrupumuz olacağını gözləyirdim. Ancaq, bu rəqiblər düşdü. Bütün gücümüzlə onlara qarşı oynayacağıq.
- Rəqib komandaların məşqçiləri bildirir ki, millimiz üçüncü yer uğrunda mübarizə apara bilər. Siz necə hesab edirsiniz?
- Şanslar həmişə var. Yüksək olmasa da, var. Ancaq rəqib məşqçilər belə deyirsə, demək, bu şans var. İlk növbədə, məhz özümüz buna inanmalıyıq. Düşünürəm ki, ev oyunlarında xallar yığmaq əsas şərt olacaq. Bu halda bizim yekun nəticəyə ümid etmək imkanımız olacaq.
- Millimizin kapitanı Rəşad Sadıqov yaxınlarda saytımıza verdiyi müsahibəsində qeyd edib ki, dördüncü səbətdən Bolqarıstana nisbətdə daha zəif rəqib görmək istərdi. Onunla razısınız?
- Mahiyyətcə, dördüncü qrupda zəif rəqiblər demək olar ki, yox idi. Etiraf edim ki, əlbəttə, bolqarlar bütün rəqiblərdən ən arzuediləni deyildi. Ümumilikdə bu, heç nəyi dəyişmir.
- Yeri gəlmişkən, millimiz ilk oyununu məhz bolqarlara qarşı Bakıda keçirəcək.
- Ola bilər ki, bu, bizim xeyrimizə olsun. Sentyabrda bir oyun keçirəcəyik. Bu oyun evdə baş tutacaq.
- Ötən təsnifat mərhələsi Azərbaycan üçün kifayət qədər uğurlu alındı. 9 xal və qrupda dördüncü yer. Bu fakt oyunçuları arxayınlaşdırmaz?
- Yox. Ötən təsnifatda biz çoxlu səhv buraxdıq. Məsələn, Şimali İrlandiyaya qarşı oyunda qələbəni son saniyələrdə əldən verdik. Səfərdə İsrailə qarşı hesabda öndə ikən, qələbəni əldən verdik. Lüksemburqla hər iki oyunda xallar itirdik. Bunları etməməli idik. Ancaq bu dəfə rəqiblər daha güclüdür. Necə olsa da, uğura can atmalıyıq. Əminəm ki, komanda səhvlərdən nəticə çıxarıb.
- Millimizin oyununda mənfi hallardan birini, xüsusən, ev oyunlarının ilk 15-20 dəqiqəsində komandamızın meydanda əsəbi fəaliyyətində görürük. Bu, oyunqabağı təzyiqlə bağlıdır, yoxsa azarkeşlər stadionda futbolçulara daha çox təzyiq göstərirlər?
 - Çempionatda biz bu qədər tamaşaçı görmədiyimizdən həyəcanlanırıq (gülür). Əgər ciddi danışsaq, düşünürəm ki, belə həyəcana son verməliyik. Ola bilər ki, bu, heyətin gənc olmasından irəli gəlir. Ancaq indi əminəm ki, hamımız səhvlərimiz üzərində öyrənmişik və gələcəkdə buna yol verməməyə cəhd edəcəyik.
- İrəlidə “Bakı”nı ötən tur hazırkı çempionu gözlənilmədən məğlub etmiş (2:0) “Sumqayıt”a qarşı oyun gözləyir
- Həqiqətən, onların “Neftçi” üzərində qələbəsindən sonra, biz rəqibə ciddi yanaşmağa başlamışıq. O qələbə olmasa idi, bizim müəyyən boşluğa yol verəcəyimiz mümkün idi. “Kimyaçılar” həmmişə çətin komanda olub. Orada özünü göstərmək hissi ilə alışıb-yanan gənc futbolçular var. Ancaq biz məğlubiyyətsiz seriyamızı davam etmək istəyiriksə, mütləq qələbə qazanmalıyıq.
- Söhbət əsnasında, ötən turda sizin üç oyunluq qələbə seriyanız qırıldı. “İnter” üzərində qələbəyə nə mane oldu?
- Futbolçularımız çempionatda ən yaxşı oyunlarından birini göstərdilər. Ancaq, “İnter”ə qarşı həmişə çətin olur. Komandamızda hamı yaxşı oynayırdı. Elə təsəvvür vardı ki. “İnter” ehtiyatla oynayır. Kənarda bizim asan qələbə qazanacağımız görünürdü. Ancaq fikrimdə rəqibin asan olmadığını və nəticə qazana biləcəyini təxmin edirdim.
- Xoşbəxtlikdən, ilk beşliyin bütün komandaları xal itirdilər və bunun müqabilində yarış cədvəlində hər biri öz mövqeyində qaldı.
- Bəli, həqiqətən. Yalnız “Neftçi”nin məğlubiyyəti bizim onları bir xal qabaqlamağımıza imkan verdi. Belə isə xüsusi dəyişiklik baş vermədi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.