27 fevral 2014 23:00
Abışov üçün avrokuboklar mövsümü başa çatdı
Bu gün millimizin müdafiəçisi Ruslan Abışovun komandası Rusiyanın Kazan şəhəri təmsilçisi “Rubin” Avropa liqasının 1/16 final mərhələsi çərçivəsində İspaniyanın “Betis” komandasına qarşı cavab oyununu keçirib və 0:2 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Azerisport.az xəbər verir ki, Abışov 75-ci dəqiqədə meydana daxil olub.
Xatırladaq ki, İspaniyadakı ilk oyun 1:1 hesabı ilə başa çatmış və futbolçumuz bu oyunun iştirak ərizəsinə salınmamışdı.
