27 fevral 2014 20:33
Erat Arminiyaya qarşı oyunu buraxa bilər
Gənclərdən ibarət millimizin futbolçusu Tuqrul Erat Almaniya İkinci Bundesliqasının 23-cü turu çərçivəsində komandası Düsseldorf “Fortuna”sının “Arminiya”ya qarşı keçirəcəyi oyunu buraxa bilər. Azerisport.az Almaniya KİV-nə istinadən xəbər verir ki, son məşqlərin birində Erat kiçik zədə alıb.
Futbolçu qarşıdakı oyuna hazırlıq məşqlərini də hələlik buraxmalı olub. Hazırda onun “Arminiya”ya qarşı oyunda iştirakı sual olaraq qalır.
