27 fevral 2014 20:20
Ağasəlim Mircavadov: Qarabağa qarşı oyunda xal itkisi neftçiləri çempionluq uğrunda mübarizədən kənar qoya bilər
Futbol mütəxəssisi Ağasəlim Mircavadov azerisport.az saytına müsahibəsində TPL-in 24-cü turu çərçivəsində keçiriləcək oyunların nəticələri ilə bağlı ehtimallarını bölüşüb:
“Bakı” - “Sumqayıt”
“Neftçi” üzərində qələbədən sonra sumqayıtlılar bir qədərə də ruhlana bilər. Ancaq “Bakı”nın şansları çox olacaq və “paytaxtlılar” medallar uğrunda mübarizə apardığından, qələbəyə daha çox can atacaqlar. Düşünürəm ki, “Bakı” qalib gələcək.

“Simurq” - “Qəbələ”
“Simurq”un müəyyən üstünlüyü olacaq. Çünki oyun Zaqatalada keçiriləcək. “Qəbələ” isə növbəti xal itkisindən sonra qələbə istəyində olacaq. Ancaq mən hesab edirəm ki, “Simurq” qalib gələcək.

“Xəzər Lənkəran” - “İnter”
“İnter” üçün bu oyunu medallar uğrunda son şans hesab edirəm. “Xəzər Lənkəran”ının itkiləri haqda eşitmişəm. Bu isə cənubluların oyununda öz əksini ciddi göstərə bilər. “İnter”in ilə yaxşı başlamasına və ənənəvi olaraq “Xəzər Lənkəran”a qarşı inamlı oynamasına rəğmən, düşünürəm ki, heç-heçə olacaq.

“Neftçi” - “Qarabağ”
“Neftçi” üçün bu oyun “qızılı” uğrunda son şansdır. Xal itkisi “neftçilər”i çempionluq uğrunda mübarizədən kənar qoya bilər. Ancaq onlar yarış cədvəlinin liderinə müqavimət göstərmək istəyində olacaqlar. Hesab edirəm ki, komandalar qalibi müəyyən edə bilməyəcəklər.

“Rəvan” - AZAL
Düşünürəm ki, qonaqların böyük üstünlüyü olacaq. AZAL-ın oyun strategiyası hiss edilir. “Rəvan” uğurlu nəticələr göstərməsə də, onların təhlükəli futbolçuları var. Məsələn, yeni oyunçu Oke Akpoveta. Hər halda, düşünürəm ki, üç xalı AZAL aparacaq.