27 fevral 2014 18:44
Böyükağa Hacıyev daha bir azərbaycanlı futbolçunu transfer etmək istəyir
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, klub Rusiyada çıxış edən daha bir azərbaycanlı futbolçunu heyətinə qatmaq fikrindədir. Azerisport.az xəbər verir ki, bu, Rusiyanın ikinci divizionunun Şərq zonasında çıxış edən “Saxalin” klubunun şərəfini qoruyan Azər Əliyevdir.
Qeyd edək ki, 19 yaşılı futbolçu hazırkı klubuna Krasnoyarskın “Yenisey” klubundan keçib.
