27 fevral 2014 18:22
Qarabağ derbiyə hazırdır
“Qarabağ” derbiyə hazırdır. Azerisport.az xəbər verir ki, Azərbaycan derbisində “Neftçi”nin qonağı olacaq komanda hazırlıqlarını tamamlayaraq, oyun saatını gözləyir.
Premyerliqanın XXIV turunda “ağ-qara”ların qonağı olacaq “Qarabağ” bir saatlıq sonuncu məşqdən sonra “kamp”dadı.
Bütün birinciliklərin iştirakçısı olan tərəflərin çempionat çərçivəsində 55-ci qarşılaşması öncəsi komandamızda Admir Teli zədəlidir.
Qeyd edək ki, “Neftçi” - ”Qarabağ” görüşü fevralın 28-i, cümə günü “Bakcell-Arena”da 17:00-da baş tutacaq.
(Klub saytı)
