27 fevral 2014 17:17
Millimizin rəqibləri yoldaşlıq oyunları keçirəcək
Millimizin AÇ-2016-nın təsnifat mərhələsi çərçivəsində rəqibləri yoldaşlıq oyunlarında qüvvəsini sınayacaq. Azerisport.az xəbər verir ki, İtaliya İspaniya ilə, Bolqarıstan Belarusla, Xorvatiya İsveçrə ilə, Norveç Çexiya ilə, Malta Albaniya ilə qarşılaşacaq.
Əlavə edək ki, “Qarabağ”ın iki futbolçusu Admir Teli və Ansi Aqoli Albaniya yığmasının heyətinə ənənəvi olaraq dəvət alır.
