27 fevral 2014 17:00
Vaqif Sadıqov: Bizi ağır oyun gözləyir
AZAL-n baş məşqçisi Vaqif Sadıqov “Rəvan”a qarşı sabah keçiriləcək oyun haqda klubun rəsmi saytına açıqlama verib. Azerisoprt.az xəbər verir ki, təcrübəli mütəxəssis rəqib haqda bunları söyləyib:
”Rəvan”ın “Qəbələ” ilə səfər oyununa baxdım. Deyə bilərəm ki, bu komandanın heyətində yer alan hər bir futbolçu nə etdiyini bilir. Görünür ki, biz yaxşı formalaşmış komandaya qarşı mübarizə aparacağıq. Bizi çox ağır oyun gözləyir. Biz bu oyuna ciddi hazırlaşırıq. Düzdü, heyətdə itkilər var. Şemonayev cəza, Xuan və Samuel Barlay isə zədə səbəbindən oynamayacaqlar. Bütün bunlara rəğmən, sabah qələbə üçün meydançaya çıxacağıq”.
(Klub saytı)
