27 fevral 2014 16:55
Flavinyo: Dördüncü yer Neftçi üçün qeyri-normaldır
“Neftçi”nin yarımmüdafiəçisi Flavinyo hesab edir ki, “Flaqman”ın çempionluq uğrunda mübarizə şansları var. Azerisport.az xəbər verir ki, Flavinyo bunları söyləyib:
“Gənc futbolçulara etibar etməsələr, Azərbaycanda futbol inkişaf etməyəcək. Mən də gəncliyimdə səhv etmişəm və indi də səhvlərim olur. Bu qədər xal itkisində özümüz günahkarıq. Dördüncü pillə bizim üçün qeyri-normaldır. Ancaq titul uğrunda mübarizəyə gücümüz var”.
