27 fevral 2014 16:33

Böyükağa Hacıyev: Məni başqa məşqçilərlə səhv salmayın

“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev komandasının TPL-in 24-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəyi oyun ərəfəsində mətbuat konfransında jurnalistlərin suallarını cavablayıb. Azerisport.az Hacıyevin fikirlərini diqqətinizə çatdırır:
“Son bir neçə turda qələbə qazana bilmirik. Sabah ölkənin ən güclü komandalarından biri ilə oynayacağıq. Azərbaycan futbolu haqda danışanda ilk növbədə “Neftçi” və “Qarabağ” xatırlanır. Əvvəllər böyük oyun “Neftçi” - “Xəzər Lənkəran” oyunu idi. İndi əsl böyük oyun - “Neftçi” - “Qarabağ” oyunudur”, deyə Hacıyev sözə başlayıb.
- Qarabağ haqda nə deyə bilərsiniz?
- “Qarabağ” ciddi komandadır. Yeli və legioner oyunçuları var. Elə biz də heç nədə geri qalmırıq. Onların Almeydası, bizim Flavinyomuz var. Onların Şehiçi, bizim Stamenkoviçimiz var. Onların Qurban Qurbanovu, bizim Böyükağa Hacıyevimiz var!
 
- Sabah keçiriləcək oyundan nə gözləyirsiniz ?
- Maraqlı oyun olacaq və güclü qalib gələcək. Etiraf edim ki. hələ bərpa olmamışıq. Müdafiənin dörd əsas futbolçusu olmadan oynamq çətindir. Müxtəlif xətlərdə itkilərimiz olsaydı, bu, qorxulu olmazdı.
 
- “Neftçi”nin vuran hücumçusu yoxdur, nə üçün?
- Nikolas Kanales “Neftçi”yə gələndə o, Platye və Nasimovdan heç nə ilə yaxşı deyildi. Onu biz oyunçu etdik. Nfora ümid edirik. “Fənrbaxça”ya qarşı oyunumuz səhv idi. Orada biz əksər sirlərimizi əldən verdik. Stadionda digər klubların təmsilçiləri vardı. Kanales yoxdur. Bununla barışmaq və əvəz axtarmaq lazımdır. Nfor indi yaxşıdır, Nasimov yox. Platye uyğunlaşa bilər. Kanales üçün ağlayıb-sızlamaq lazım deyil. Biz ondan asılı deyilik. “Sumqayıt”a qarşı oyunda səhv etdim ki, gəncləri buraxdım. Ancaq yeddi oyunçumuz kartdan asılı idi. Mən necə risk edə bilərdim?
 
- Siz “Qarabağa” qarşı oyuna görə üç xalı qurban verdiniz?
- Buna dəyər. “Neftçi” ilə müqaviləmdə məğlub olmamaq haqda maddə yoxdur. Ötən mövsüm “Rəvan”, “Sumqayıt”a  məğlub olmuşduq. Məni başqa məşqçilərlə səhv salmayın. Mən məğlubiyyətlərə bəraət axtarmıram. Qoy “Sumqayıt” da sevinsin. Gənclərə də kiməsə qarşı oynamaq lazımdır. Həmçinin, sabah biz qazansaq, mübarizə daha da maraqlı olacaq.
 
- “Neftçi”nin transferlərə ehtiyacı olduğunu düşünmürsünüz ki?
- Yox, növbəti mövsüm limit azalacaq. Bu haqda da düşünmək lazımdır.
 
- “Qarabağ”ın “Simurq”a qarşı oyununa baxmısınız?
- Bəli, onlar qol vura bilmədilər. Ancaq bu, o demək deyil ki, orada qol vurmağa kimsə yoxdur.
 
- Qışda yeni futbolçular almadığınıza peşman deyilsiniz?
- Xeyr. Limitin növbəti mövsümdə dəyişəcəyini nəzərə alıb, komandada əcnəbiləri ixtisara salmaq lazımdır. 15 legioneri olan klublar var. Biz Samir Mənsimov, Elvin Bədəlovu aldıq. Yerlilərə üstünlük veririk. Nə üçün yalnız legioner almağımızı istəyirsiniz? Növbəti mövsüm biz yəqin ki, Kanalesi komandaya qaytaracağıq. Flavinyonu Kanalesin yanına göndərəcəyik. O, Kanalesi dilə tutacaq.
 
- Yeddi futbolçu vərəqədən asılıdır. Bu, komandanın intizamsızlığından xəbər verir?
- Gəlin, Lənkərandakı vəziyyəti xatırlayaq. “Xəzər Lənkəran”ın futbolçusu biədəb hərəkət edir. Buna görə dərhal qovulmalı idi. Necə ki, “Rəvan”ın qapıçısı Sapela “Qəbələ” ilə oyunda qovuldu. Orada heç bir qovğa da düşmədi.

- “Neftçi” çempion olmasa, nə edəcəksiniz?
- Çempionatın yekun nəticəsindən asılı olmayaraq, may ayında müvəqqəti olaraq ölkəni tərk edəcəyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.