27 fevral 2014 16:11
AZAL bir təyyarəçisini itirdi
AZAL TPL-in 24-cü turu çərçivəsində “Rəvan”a qarşı oyun ərəfəsində itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, ötən tur “Xəzər Lənkəran”a qarşı oyunda zədələnmiş Samuel Barlay iki həftəliyə sıradan çıxıb.
Klubun ispan müdafiəçisi Xuan Fransisko isə zədəsini azca sağaldaraq kluba onu evə buraxması barədə xahiş ünvanlayıb və müvafiq razılıq alıb. Futbolçu mart ayının 4-ə qədər qısa müddətli məzuniyyətə buraxılıb və bu müddətin sonunda komandaya qoşulacağı gözlənilir.
