27 fevral 2014 16:00
Elvin Yuniszadə : Qarabağ səfərdə oynadığını hiss etməlidir
“Neftçi”nin müdafiəçisi Elvin Yuniszadə komandasının TPL-in 24-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəyi oyunu haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Yuniszadə bunları söyləyib:
“Üç ildir ki, komandadayam. İndi çətin vəziyyətlə üzləşmişik. Qələbə qazanıb vəziyyəti düzəltmək istəyirik. Öz gücümüzə inanırıq. Sabah qələbə qazanmalıyıq. Rəqib asan rəqib deyil. Ancaq biz azarkeşlərimizi məyus etməməyə çalışacağıq. “Qarabağ” səfərdə oynadığını hiss etməlidir.
Məşqçi mənə etibar etsə, ümidlərini doğrultmağa çalışacağam. Mən bir dəfə “Qarabağ”a qol vurmuşam. Ümid edirəm ki, sabah meydanı başıuca tərk edəcəyik”.
