27 fevral 2014 15:55
Flavinyo: Bu, son dörd ildə ən çətin vəziyyətdir
“Neftçi”nin yarımmüdafiəçisi Flavinyo komandasının TPL-in 24-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəyi oyunu haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Flavinyo bunları söyləyib:
“Biz onlardan yeddi xal geridəyik. Burada olduğum dörd il ərzində belə vəziyyətlə üzləşməmişəm. Sabah bizə yalnız qələbə lazımdır. Bütün oyunçular bunu anlayır. Mən komandaya inanıram. Üç il çempionluqdan sonra titulsuz qalmaq istəmirəm”.
