27 fevral 2014 15:44
Bizim Böyükağa Hacıyevimiz var!
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev komandasının TPL-in 24-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəyi oyunu haqda fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, Hacıyev bunları söyləyib:
“Qarabağ” ciddi komandadır. Yeli və legioner oyunçuları var. Elə biz də heç nədə geri qalmırıq. Onların Almeydası, bizim Flavinyomuz var. Onların Şehiçi, bizim Stamenkoviçimiz var. Onların Qurban Qurbanovu, bizim Böyükağa Hacıyevimiz var!”.
