27 fevral 2014 15:33
Flavinyo ilə Yuniszadə jurnalistlərin suallarını cavablayacaq
“Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyevin komandasının TPL-in 24-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirəcəyi oyuna ərəfəsində təşkil etdiyi mətbuat konfransına “Flaqman”ın iki futbolçusu da iştirak edəcək və jurnalistlərin suallarını cavablayacaq. Azerisport.az xəbər verir ki, bu dəfə müvafiq məsuliyyət Flavinyo və Elvin Yuniszadənin üzərinə düşüb.
