27 fevral 2014 14:28
Milinko Pantiç: Sumqayıta qarşı oyun tələyə bənzəyir
Sabah “Bakı” Azərbaycan Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində evdə “Sumqayıt”la qarşılaşacaq. Azerisport.az xəbər verir ki, bu gün klubun təlim-məşq bazasının yardımçı meydanında oyunöncəsi son məşqini keçirən komandanın baş məşqçisi Milinko Pantiç qarşılaşma haqda fikirlərini açıqlayıb:
“Sumqayıt”la görüş tələyə düşəcək bir oyundu. Belədə çətinliyin nə dərəcədə olduğunu düşünmək çətin deyil. Xüsusilə, rəqib “Neftçi”ni (2:0) məğlub etdikdən sonra bizimlə qarşılaşacaq. Onlarda köklənmə yüksək səviyyədədir. Üstəlik, “Sumqayıt” “Bakı” ilə oyunda heç nə itirmir. Əksinə, biz xal itirə bilərik. Bu üzdən, mən yetirmələrimə sabahkı görüşü final kimi təlqin edirəm. Komandam qalib gəldiyi oyunlarda axıra kimi döyüşüb. “Sumqayıt”ın “Neftçi”ni məğlub etməsini təhlil etmək istəmirəm. Gözlənilmədən onlar qələbə qazanıb bizə qonaq gəlirlər. Qış fasiləsindən sonrakı çıxışımıza gəlincə, Azərbaycanda elə bilirlər ki, yekun nəticə sentyabr ayında qazanılır. Necə ki, restoranda qulluqçu gəlib sonda hesabı deyir. Beləcə, komandanın nəticəsi də mövsümün sonunda (21 may) görünəcək”.

(Klub saytı)