27 fevral 2014 14:14
Xəzər Lənkəran daha bir futbolçusunu itirdi
“Xəzər Lənkəran” TPL-in 24-cü turu çərçivəsində “İnter”ə qarşı keçirəcəyi oyun ərəfəsində daha bir itki ilə üzləşib. Azerisport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Adrian Skarlatake zədə səbəbi ilə “bankirlər”ə qarşı oyunda iştirak edə bilməyəcək.
Xatırladaq ki, baş məşqçi Mustafa Dənizli buna qədər Rasim Ramaldanov, Rahid Əmirquliyev və Etame Mbillanın xidmətindən məhrum olmuşdu.
