27 fevral 2014 01:22
Traktorsazi qələbə ilə başladı, azarkeşlər Xocalı şəhidlərini andılar
Təbrizin “Traktorsazi” komandası Asiya Çempionlar Liqasında çıxışına start verib. Azerisport.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi öz meydanında Səudiyyə Ərəbistanını “Əl-İttihad” komandasına 1:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, stadiona gəlmiş bəzi azarkeşlər Xocalı faciəsi qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq qara sarğı bağlayıblar.
