26 fevral 2014 12:33
Xəzər Lənkərandan iki futbolçu milliyə çağırıldı
“Xəzər Lənkəran”ın iki futbolçusu milli komandanın düşərgəsinə dəvət olunub. Azerisport.az xəbər verir ki, müdafiəçi Rasim Ramaldanov və yarımmüdafiəçi Rahid Əmirquliyev yığma komandanın BƏƏ-də keçiriləcək təlim-məşq toplanışında iştirak edə bilərlər.
Ancaq futbolçuların zədəsi bu iştirakı sual altında qoya bilər. Hazırda hər iki futbolçu zədədən müalicə olunur.
Milli komanda hazırlıq çərçivəsində 05.03.2014-cü il tarixdə Filippin yığması ilə yoxlama oyunu keçirəcək.
