26 fevral 2014 12:22
Foqts Rauf Əliyevi yığmaya dəvət etdi
“Bakı”nın bir futbolçusu milli komandanın düşərgəsinə dəvət olunub. Azerisport.az xəbər verir ki, hücumçu Rauf Əliyev, həmçinin, ehtiyat oyunçular qismində Aqil Məmmədov və Cavid Hüseynov yığma komandanın BƏƏ-də keçiriləcək təlim-məşq toplanışında iştirak edəcəklər.
Milli komanda hazırlıq çərçivəsində 05.03.2014-cü il tarixdə Filippin yığması ilə yoxlama oyunu keçirəcək.
