26 fevral 2014 00:11
İsrafilov sarı vərəqə ilə yadda qaldı
İspaniyada Sequndanın 27-ci tur oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası “Mursiya” evdə çempionatın lideri “Eybar“ı qəbul edib və 0:0 hesablı heç-heçə oynayıb.
İsrafilov meydanda 90 dəqiqə mübarizə aparıb və oyunun sonlarında sarı vərəqə almaqla yadda qalıb.
Hazırda “Mursiya” 37 xalla yarış cədvəlində 7-cı pillədə qərarlaşıb.
