26 fevral 2014 11:22

Rəşad Sadıqov: AÇ-2016-ya uğurlu başlanğıc şansımız var

Millimizin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov azerisport.az saytına müsahibəsində AÇ-2016-nın təsnifat mərhələsinin püşkatmasının nəticələrindən və komandasının TPL-in 24-cü turu çərçivəsində “Neftçi”yə qarşı keçirəcəyi oyundan danışıb:
- Püşkatmanın nəticələri barədə nə deyə bilərsiniz?
- Pis deyil. İlk üç səbətdə rəqiblər bir-birinə bərabər olsalar da, dördüncü səbətdən bizə daha münasib rəqib - Belarus və ya Estoniya qismində biri düşə bilərdi. Şotlandiya və Bolqarıstan isə arzuolunmaz rəqiblər sırasında idi. Ancaq hər şey olduğu kimi də alındı. Hər şey öz əlimizdədir.
- Necə düşünürsünüz, Azərbaycan üçüncü yer uğrunda mübarizə apara bilər?
- Hər şey mümkündür. Xüsusilə səfər oyunlarında çətin olacaq. Ancaq biz ev oyunlarında xallar qazanmağa çalışacağıq. Yoxsa nəyəsə ümid etmək çətin olacaq.
- Ötən “seçmə” nəinki qrupda dördüncü yer, həm də əldən buraxılmış imkanlarla yadda qaldı. Məsələn, səfərdə Şimali İrlandiya üzərində əldən verilmiş qələbə (1:1). Milli bunlardan özü üçün nəticə çıxarıb?
- Ümumiyyətlə, güclü rəqiblərə qarşı oynamaq çətindir. Xüsusən, səfərdə. Elə həmin Şimali İrlandiyadan biz daha tez qol buraxa bilərdik, nəinki son dəqiqədə. Xüsusilə rəqiblərin və bizim hansı çempionatlarda oynadığına nəzər salsaq, görə bilərik. Hər halda, ən vacibi təsnifat mərhələsində uğurlu başlanğıcdır.
- Başlanğıc barədə, danışaq. Sentyabrıda bizi “seçmə” çərçivəsində Bakıda Bolqarıstan yığmasına qarşı oyun gözləyir. Bu, yaxşıdır? Yoxsa sentyabrda iki oyun keçirmək münasib olardı?
- Düşünürəm ki, başlanğıcdakı bir oyun, elə həmin oyundur. Hər halda, mövsümün əvvəlidir. Heç də hamı yaxşı formada olmur. Beləliklə, bir oyunla başlamaq ən yaxşısıdır. Özü də evdə başlayırıq. Deməli, uğurlu başlanğıca imkan var.
- Ötən turda “Qarabağ” “Simurq”la oyunda xal itirdi. Qələbə qazanmağınıza nə mane oldu?
- Rəqibin gücü. Bizim üçün “Simurq” çempionatda ən çətin rəqiblərdən biridir. Onların da, bizim də qol vəziyyətlərimiz vardı. Düşünürəm ki, heç-heçə heç də pis nəticə deyil.
- Nəzərə alsaq ki, bütün yaxın təqibçilər də bir qayda olaraq xal itirdilər.
- Buna görə də bizim heç-heçəmiz heç də pis nəticə deyil. Onlar qələbə qazansaydı, hər şey elə də yaxşı olmazdı. Biz bilirik ki, xal itkisi qaçılmazdır. İstənilən komanda hələ bununla qarşılaşacaq. Özü də bir dəfə yox. Sadəcə olaraq, bizə öz yolumuza davam etmək və qələbə qazanmaq lazımdır.
- Qarşıdakı rəqibiniz “Neftçi” son turda autsayderlərdən biri “Sumqayıt”a məğlub oldu (0:2). Yəqin ki, sizə qarşı oyuna onlar daha da qəzəbli çıxacaqlar.
- Həm qəzəbli, həm də köklənmiş halda. Siz özünüz gördünüz ki, “neftçilər”in heyətində meydana əsas heyətin bütün oyunçuları çıxmamışdı ki, futbolçuları bizə qarşı oyuna saxlamışdılar. Özü də, onlardan çoxu vərəqələrdən “asılmışdı”. Biz isə əksinə, əsas heyətlə oynayırdıq. Xüsusi bir istirahətimiz olmayıb. İndi yalnız “Neftçi”yə qarşı hazırlaşmaq qalır ki, qarşıdakı oyunda vacib qələbə qazanaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.