26 fevral 2014 11:00
Millimiz isveçrəlilərə məğlub oldu
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, yığmamız İsveçrənin "Vaud" klubunun əvəzedici komandası ilə qarşılaşıb.
Qarşılaşma 2:1 hesabı ilə İsveçrə təmsilçisinin xeyrinə başa çatıb. Yığmamızın heyətində Xəyal Əmirli fərqlənib. Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar oyundan əvvəl 1 dəqiqəlik sükut elan olunub və yığmamızın üzvləri meydana qara sarğı ilə çıxıb.
(AFFA)
