26 fevral 2014 18:33
Simurq Xocalı faciəsi qurbanlarının xatirəsini yad etdi
Bu gün "Simurq" Peşəkar İdman Klubu da Xocalı faciəsi qurbanlarının xatirəsini yad edib. Azerisport.az xəbər verir ki, klubun prezidenti Anar Bəkirov başda olmaqla, məşqçilər korpusu, texniki heyət və futbolçular Zaqatalada soyqırım qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edərək, şəhidlərimizin əziz xatirələrini bir dəqiqəlik sükutla yad edib.
Həmçinin, Xocalı faciəsinin 22-ci ildönümü ilə bağlı bütün yaş qruplarında şəhidlərimizin ruhları ehtiramla yad edilib, məşqçilər məşqdən öncə hadisə ilə bağlı çıxış edərək, erməni vəhşilikləri haqqında yetirmələrinə bir daha məlumatlar verib. O cümlədən, komandanın heyətində forma geyinən legioner futbolçuların elektron ünvanlarına Xocalı faciəsi haqqında məlumatlar göndərilib.