26 fevral 2014 17:33

Qəbələ Şimal derbisinə hazırdır

Premyer Liqanın XXIV turu çərçivəsində səfərdə "Simurq"la qarşılaşacaq "Qəbələ" bu gün doğma məkanda oyun öncəsi son məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, məşqdən öncə klubun vitse-prezidenti Fariz Nəcəfov komandanın futbolçu, məşqçi və texniki heyətini Xocalı Soyqırımı barədə ətraflı məlumatlandırıb, onlara bu günün Azərbaycan xalqının həyatında tutduğu önəmli yerdən bəhs edib.
Baş məşqçi Yuri Syominin rəhbərliyi altında baş tutan məşqdə zədəsi olan Rafael Santos və Omar Kalabane yer almayıb. Hazırlıq prosesi zamanı futbolçular müxtəlif toplu və topsuz çalışmalar yerinə yetiriblər. Hazırlıq prosesinə ikitərəfli oyunla yekun vurulub.
"Qırmızı-qaralar" sabah səhər saatlarında Qəbələni tərk edəcək. Komandanın matçöncəsi son məşqi qarşılaşmanın keçiriləcəyi Zaqatala şəhər stadionunda sabah baş tutacaq.
Xatırladaq ki, "Qəbələ" "Simurq"la fevralın 28-i 15:00-da üz-üzə gələcək. Oyun "İdman Azərbaycan" telekanalı vasitəsilə canlı yayımlanacaq. 
(Klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.