26 fevral 2014 16:33
Azərbaycan yığması Osiek, Rieka və ya Zaqrebdə oynaya bilər
Millimiz AÇ-2016-nın təsnifat mərhələsində Xorvatiya yığmasına qarşı oyunu üç stadiondan birində keçirə bilər. Azerisport.az xəbər verir ki, yerli futbol federasiyası Zaqrebin “Maksimir”, Riekanın “Kantrida” və Osiekin “Qradski vrt” stadionları arasında seçim edir.
Xatırladaq ki, Xorvatiya yığmasına qarşı oyun oktyabrın 13-də, millimizin İtaliya komandası ilə oyunundan üç gün sonra keçiriləcək.
