26 fevral 2014 16:11
Millimizdə yeni ad
Almaniyanın “Memmingen” klubunun yarımmüdafiəçisi Umut Sönmez millimizin sıralarına dəvət alıb. Azerisport.az klub saytına istinadən xəbər verir ki, 20 yaşlı futbolçu martın 5-də U-21 millimizin moldovalı həmyaşıdlarına qarşı keçirəcəyi oyunda iştirak edə bilər.
Hazırda futbolçunun klubu Bavariya regional liqasının yarış cədvəlində 29 xalla 12-ci pillədə qərarlaşıb.
Xatırladaq ki, millimiz Moldovaya qarşı oyun martın 5-də Tiraspolda keçiriləcək.
