26 fevral 2014 15:33
Kimyaçılar milliyə cəlb olundular
“Sumqayıt”ın yarımmüdafiəçisi Pərdis Fərcad-Azad milli komandanın düşərgəsinə dəvət olunub. Azerisport.az xəbər verir ki, futbolçu yığma komandanın BƏƏ-də keçiriləcək təlim-məşq toplanışında ehtiyat oyunçu qismində iştirak edəcək.
Milli komanda hazırlıq çərçivəsində 05.03.2014-cü il tarixdə Filippin yığması ilə yoxlama oyunu keçirəcək.
Əlavə edək ki, “kimyaçılar”ın bir neçə gənc futbolçusu isə gənclərdən ibarət millimizin Moldovaya qarşı keçirəcəyi oyuna dəvət alıb.
