24 fevral 2014 19:55
Rusenborqun sabiq futbolçusu: Azərbaycan yığmasına qarşı oyunların nəticəsini indidən təxmin etmək olmaz
“Rusenborq” klubunun sabiq futbolçusu Mini Yakobsen Norveç KİV-nə açıqlamasında AÇ-2016-nın təsnifat mərhələsinin püşkatmasının nəticələri ilə bağlı fikrini bildirib. Azerisport.az xəbər verir ki, Yakobsen bunları söyləyib:
“İndi Norveç futbolunda, istər klub, istərsə də yığma səviyyəsində elə bir dövrdür ki, bizə istənilən qrupda çətin olardı. İndi biz heç də ən yaxşı formada deyilik. Mən düşünürəm ki, İtaliya və Xorvatiya ilə bir qrupa düşmək, yaxşıdır. Xüsusən, bu yığmaların futbol mədəniyyəti və ənənələri baxımından. Düşünürəm ki, biz üçüncü yer uğrunda Bolqarıstan millisi ilə rəqabət aparacağıq. Azərbaycana gəlincə, onlara qarşı oyunların nəticəsini indidən təxmin etmək olmaz”.
