26 fevral 2014 15:00
AEK-in yeni stadionu SOCAR-ın adını daşıya bilər
Yunanıstanın AEK klubunun yeni stadionu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin adını ala bilər. Azerisport.az Yunanıstan KİV-nə istinadən xəbər verir ki, AEK bu məqsədlə tender elan edib və məqsədi satışdan gəlir etməkdir.
Qeyd edək ki, layihənin tərtibində stadionun hazırkı adı “Müqəddəs Sofiya” göstərilib. SOCAR artıq bu barədə təklif ünvanlayıb. Azərbaycan şirkətinin adı tenderdə qalib gələ biləcək namizəd qismində aparıcı sıralarda çəkilir.
