26 fevral 2014 14:11

Berti Foqts: Mənim bolqar dostlarım sizlik deyil

Millimizin baş məşqçisi Berti Foqts Bolqarıstan KİV-nə müsahibəsində AÇ-2016-nın təsnifat mərhələsinin püşkatmasının nəticələri barədə fikrini bildirib və keçmişə səthi nəzər salıb. Azerisport.az Foqtsun fikirlərini diqqətinizə çatdırır:
- Qrup haqda nə düşünürsünüz?
- Bir-birinə kifayət qədər bərabər yığmalar qrupa düşüb. Əlbəttə, İtaliya, Xorvatiya yığmalarının simasında favoritlər var. Ancaq bizim məqsədimiz üçüncü yer tutmaqdır. Bizə çox şey etmək lazım gələcək ki, buna nail olaq. Çünki həmin yerə Bolqarıstan və Norveç də göz dikib. Mənə yenə də bolqarıstanlı dostlarımla qarşılaşmaq lazım gələcək (Foqtsun üzündə təbəssüm yarandı ki, bolqarıstanlı həmkarımız bunu saxta təbəssüm adlandırıb - red.).
Görünür, Bolqarıstana qarşı oyunu xatırlayırsınız?
- ABŞ-da keçirilmiş DÇ-94 artıq bir keçmişdir. Uzaq bir keçmiş. Bu, Azərbaycan və Bolqarıstan oyunlarında heç bir rol oynamayacaq. Bilirsinizmi ki, Bolqarıstanı digər komandalarla nə qədər məğlub etmişəm?
Bizə məlumat verin. Hər halda, biz sizin DÇ-dən bir sonra Sofiyada məğlubiyyətinizi xatırlayırıq.
- Əhsən. Mən də xatırlayıram. Məgər bu, hər hansı əhəmiyyət kəsb edir? Keçmiş, keçmişdir. Keçmişlə yaşamağın mənası yoxdur. Düşünməyin ki, mən Bolqarıstanı sevmirəm. Mənə həmişə bolqarıstanlı dostlarımla işləmək xoşdur.

Kimdir o dostlar?
- Bu, sizin işiniz deyil. Onlar haqda mən ictimaiyyət arasında danışmayacağam.
Azərbaycanda futbol nə qədər sürətlə inkişaf edir?
- Statistikaya baxmaq kifayətdir. Ötən təsnifat mərhələsində yalnız üç oyunda məğlub olduq. İki dəfə Portuqaliya, bir dəfə Rusiya yığmasına. DÇ-nin gələcək iştirakçılarına. Demək, bizim yaxşı potensialımız var.

Azərbaycan yığmasının ən yaxşı oyunçusu kimdir?
- Mən onları meydanda görürəm. Ancaq sizə deməyəcəyəm.
Bolqarıstan yığması haqda nə isə bilirsiniz?
- Heç nə. Ancaq bu, hələlikdir. Bir Bolqarıstan komandası var ki, Avropa Liqasında oynayır. Ancaq adını xatırlamıram.
Sizi Azərbaycan yığmasının baş məşqçisi olmağa nə vadar etdi?
- Mən öz zövqümə işləyirəm. Buna görə də müqaviləni uzatdım. Özümə yalnız məşqçi kimi deyil, futbolun inkişafına kömək edəcək bir insan kimi baxıram. Bizə orta Avropa futbolu səviyyəsinə qədər çatmaq lazımdır.
Futbol Azərbaycanda bir nömrəli idman növüdür?
Yox. Şahmat nömrə birdir. Yeri gəlmişkən, Harri Kasparov Bakıdandır. Orada həm də boks və ağır atletikanı sevirlər. Ancaq futbola böyük pullar ayaq açıb və hazırda bir çox yerli mütəxəssislərin klublarla münasibəti var.

Siz də orada pula qalmısınız?
- Pullar əsas deyil.
Siz Almaniyaya beynəlxalq yarışlarda uğur qazandıran son məşqçisiniz. Almanlar AÇ-96 kimi mötəbər yarışa bərabər yarışda növbəti qələbəni nə zaman bayram edəcəklər?
- Düzü, mən heç özüm də düşünmürdüm ki, Almaniya İngiltərədəki bu qələbədən sonra bu qədər çox gözləyəcək. Bizə sadəcə, uğur lazımdır. Qarşıdakı DÇ-də üç favorit görürəm: Braziliya, Argentina və Almaniya.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.