26 fevral 2014 01:40
Borussiya qazandı, MY məğlub oldu
UEFA Çempionlar Liqasında 1/8 final həyacanı davam edir. Azerisport.az xəbər verir ki, futbolsevərlər ötən gecə bu turnirdə daha iki maraqlı matç izlədilər. Qarşılaşmalar Rusiya və Yunanıstanda baş tutdu.
Şimal qonşularımızın təmsilçisi “Zenit” ötən mövsümün finalçısı Dortmund “Borussiya”sını qəbul etdi. Qarşılaşmada 6 qol vuruldu. Qələbəni isə qonaqlar bayram etdilər.
İngiltərədə çətin günlər keçirən “Mançester Yunayted” isə “Olimpiakos”un qonağı oldu. "Qırmızı şeytanlar" bu qarşılaşmada da məğlubiyyətlə üzləşiblər.
Çempionlar Liqası, 1/8 final (ilk oyunlar)
25 fevral
Zenit - Borussiya (Dortmund) - 2:4
Qollar: Şatov, 57, Halk, 59-pen - Mxitaryan, 4, Roys, 5, Levandovski, 61; 71.
Zenit - Borussiya (Dortmund) - 2:4
Qollar: Şatov, 57, Halk, 59-pen - Mxitaryan, 4, Roys, 5, Levandovski, 61; 71.
Olimpiakos - Mançester Yunayted - 2:0
Qollar: Dominqes, 38, Kempbell, 55.
Qollar: Dominqes, 38, Kempbell, 55.
