26 fevral 2014 13:22
Neftçinin hücumçusu yığmaya çağırılıb
Özbəkistan yığmasının baş məşqçisi Mircəlol Qasımov komandasının Asiya Kuboku-2015-in təsnifat mərhələsi çərçivəsində BƏƏ millisinə qarşı keçirəcəyi oyunda iştirak edəcək heyətini açıqlayıb. Azerisport.az Özbəkistan KİV-nə istinadən xəbər verir ki, 23 nəfərlik heyətə “Neftçi”nin hücumçusu Baxodir Nasimov da cəlb edilib.
Özbəkistan millisinin toplanışı fevralın 27-də başlayacaq. Oyun isə martın 5-də keçiriləcək.
