26 fevral 2014 13:11
Neftçi - Qarabağ oyununa biletlər sabah satışa çıxarılacaq
TPL-in 24-cü turu çərçivəsində keçiriləcək “Neftçi” - “Qarabağ” oyununa biletlər sabah satışa çıxarılacaq. Azerisport.az “Flaqman”ın rəsmi saytına istinadən xəbər verir ki, fevralın 28-də keçiriləcək oyuna biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək olar.
Adi yerlər üçün biletin qiyməti manat, VIP yerlər üçün isə 5 manatdır.
