26 fevral 2014 12:55
Qəbələdən də milliyə dəvətlilər var
“Qəbələ”nin iki futbolçusu milli komandanın düşərgəsinə dəvət olunub. Azerisport.az xəbər verir ki, qapıçı Kamran Ağayev və müdafiəçi Elnur Allahverdiyev yığma komandanın BƏƏ-də keçiriləcək təlim-məşq toplanışında iştirak edəcəklər.
Daha bir müdafiəçi Vladimir Levin isə ehtiyat oyunçu qismində dəvətlidir.
Milli komanda hazırlıq çərçivəsində 05.03.2014-cü il tarixdə Filippin yığması ilə yoxlama oyunu keçirəcək.
