25 fevral 2014 00:22
Gökdəmirin komandası Fənərbaxçadan xal qopardı
Dünən Türkiyə Superliqasında 22-ci turun son oyunu keçirilib. Azerisport.az xəbər verir ki, millimizin müdafiəçisi Əli Gökdəmirn komandası “Elazığspor” evdə çempionatın lideri “Fənərbaxça”nı qəbul edib və 1:1 hesablı heç-heçə oynayıb.
Gökdəmir bu oyunda ehtiyatda qalıb.
Hazırda “Elazığspor” 23 xalla yarış cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
