25 fevral 2014 11:22
Milinko Pantiç: Rəqiblərimizə başağrısı olmaq üçün oynayırıq
“Bakı”nın baş məşqçisi Milinko Pantiç azerisport.az saytına müsahibəsində TPL-in 23-cü turu çərçivəsində “İnter”ə qarşı keçirilmiş oyundan, komandasının uğurlarından və “Sumqayıt”a qarşı keçiriləcək növbəti tur oyunundan danışıb:
- “İnter”ə qarşı oyun barədə nə deyə bilərsiniz?
- Biz beş real qol anı əldə etdik. Buna rəğmən cəmi bir qol vurub qələbə qazana bilmədik. Rəqib qapımıza yalnız bir dəfə yaxın düşə bildi və qol vurdu. Bununla belə, oyunçularıma minnətdaram. Mən onlarla fəxr edirəm. Təəssüf ki, iki xal itirdik. “İnter” həmin gün futbol oynamırdı.

- Yetirmələrinizə bu beş qol vəziyyətinin birindən istifadə etməyə nə mane oldu?
- Düşünürəm ki, Rauf Əliyevin yoxluğu vəziyyətlərin reallaşdırılmasında əksini tapdı. Əliyev bizim üçün böyük itkidir. Ancaq digər oyunçulara qol vurmaq üçün azca çatmadı.

- Mövsüm ikinci yarısını “Bakı” hələlik hamıdan uğurlu keçirir. Biz bunun üçün kimə borcluyuq?
- Komandamın ünvanına belə sözlərə çox sağ olun. Əlbəttə ki, bütün bunlar futbolçuların əməyidir.

- Sizin komandanız artıq liderlər üçlüyündədir. İştahanız gəlməyib?
- Bu mövsümə heç bir məqsədimiz yoxdur.
- Bu mövsümə heç bir məqsədimiz yoxdur.
- Bəs onda nə üçün oynayırsınız?
- Rəqiblərimizə başağrısı olmaq istəyirik. Düşünürəm ki, son vaxtlar bu, bizdə pis alınmır. Görək, sonda bundan nə çıxacaq.

- Qarşıda “Sumqayıt”la oyun var. Onlar ötən tur bütün “Neftçi” pərəstişkarları üçün əsl başağrısı olublar.
- Təhlükəli rəqibdir. Bizim qarşıdakı rəqibimizin autsayder olması, sizi yanıltmasın. Mahiyyətcə, onların “Neftçi” üzərində qələbəsi (2:0) bütün klublar üçün xəbərdarlıq olacaq. Bizə çətin olacaq. Ümid edirəm ki, xal itirməyəcəyik.