25 fevral 2014 11:11
Budak oynadı, komandası uduzdu
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 27-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Ufuk Budağın komandası “Qaziantep BB” səfərdə “Bucaspor”un qonağı olub.
Futbolçumuzun komandası 1:2 hesabı ilə məğlub olub. Start heyətdə meydana çıxan Budak bütün oyun boyu mübarizə aparıb və 90-cı dəqiqədə sarı vərəqə alıb.
Hazırda “Qaziantep BB” 26 xalla yarış cədvəlinin 15-ci pilləsində qərarlaşıb.
