25 fevral 2014 11:00
23-cü turun rəmzi komandası açıqlandı, Popoviç ən yaxşı oldu
Topaz Premyer Liqasında 23-cü turun rəmzi komandası açıqlanıb. Azerisport.az xəbər verir ki, InStat Football şirkətinin Peşəkar Futbol Liqasına təqdim etdiyi statistik məlumatlara əsasən ötən turun ən yaxşı 11-liyi aşağıdakı kimidir:
Qapıçı: Andrey Popoviç (Sumqayıt);
Müdafiəçilər: Yure Travner (Bakı), Bədavi Hüseynov (Qarabağ), Mario Abrante Alvares (Bakı), İlkin Qırtımov (Simurq);
Yarımmüdafiəçilər: Rəhman Hacıyev (Sumqayıt), Riçard Almeyda (Qarabağ), Alberto Noquera (Bakı), Mirzağa Hüseynpur (Sumqayıt);
Hücumçular: Nedo Turkoviç (AZAL), Ruslan Nəsirli (Sumqayıt).
Turun ən yaxşı oyunçusu isə “Sumqayıt”ın qapıçısı Andrey Popoviçdir.
(PFL)
